Menyu

Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirə edilib

Operativ Media
Aİ-Azərbaycan tərəfdaşlığının prioritetləri müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir xanım Mariyana Kuyundiç ilə Aİ-Azərbaycan tərəfdaşlığının prioritetlərini müzakirə edib.

Operativ Media xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Ölkəmizin strateji inkişaf hədəfləri və Aİ-nin Azərbaycan üçün 2024-cü il üzrə Maliyyələşdirmə Sazişi barədə fikirlərimizi bölüşdük. Birgə fəaliyyət çərçivəsində ticarət, enerji, nəqliyyat, infrastruktur və rəqəmsallaşma sahələrində təşəbbüsləri, əməkdaşlığın şaxələndirilməsi imkanlarını vurğuladıq", - deyə o qeyd edib.

Əlaqəli Xəbərlər