Menyu

Xroniki xəstəliklər və gecikmiş müalicənin fəsadları - Həkim danışır

Ayşən Sadıxzadə
Xroniki xəstəliklər və gecikmiş müalicənin fəsadları - Həkim danışır

“Xroniki xəstəliklər deyildikdə, bir neçə həftədən uzun davam edən, tam sağalmayan və uzun müddət nəzarət tələb edən xəstəliklər nəzərdə tutulur. Bu xəstəliklər daha çox yaşlı insanlarda rast gəlinir”.

Operativ Media xəbər verir ki, bu sözləri Operativ Media-ya açıqlamasında həkim-terapevt Sübhan Hacıyev bildirib.

Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI - Oxu.az

O qeyd edib ki, çox vaxt xəstəliklərin vaxtında aşkarlanıb müalicə edilməməsi onların xronikləşməsinə səbəb olur:

“Təəssüf ki, insanların böyük bir hissəsində müntəzəm check-up anlayışı yoxdur və əksəriyyət yalnız xəstəlik ciddi narahatlıq yaratdıqda həkimə müraciət edir. Nəticədə, bir çox xəstəliklər gec aşkarlandığı üçün artıq xroniki mərhələyə keçir və uzunmüddətli müalicə tələb edir.

Xroniki xəstəliklər arasında ilk olaraq ürək-damar xəstəlikləri ön plana çıxır. Ateroskleroz (damarların xolesterin yığılması nəticəsində daralması) və arterial hipertenziya (yüksək qan təzyiqi) kimi problemlər tam sağalmadığı üçün xroniki hesab olunur və daimi nəzarət tələb edir. Bu vəziyyət yalnız ölkəmizdə deyil, bütün dünyada geniş yayılıb.

Bundan başqa, metabolik xəstəliklər, xüsusilə də şəkərli diabet, uzunmüddətli müalicə tələb edən xroniki xəstəliklər sırasındadır. Diabetin 1-ci və 2-ci tipinə görə müalicə üsulları fərqlənir.

Xroniki xəstəliklərə həmçinin müxtəlif sistem və revmatoloji xəstəliklər də daxildir. Bu xəstəliklər bəzən genetik, bəzən isə sonradan qazanılmış olur və birləşdirici toxumanın zədələnməsi ilə xarakterizə olunur. Onlar da uzun müddət davamlı müalicə tələb edir.

Eyni zamanda qaraciyər və böyrək çatışmazlığı da ağır xroniki xəstəliklərdəndir. Bu hallarda çox vaxt yeganə effektiv müalicə yolu transplantasiyadır. Transplantasiya mümkün olmadıqda isə xəstəlik uzun müddət davam edən, daimi nəzarət tələb edən xroniki vəziyyət olaraq qalır”.

Əlaqəli Xəbərlər