Ermənistan və Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
Operativ Media

Tbilisidə keçirilən 6-cı Ermənistan–Gürcüstan Hüquq Forumu çərçivəsində Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb.
Operativ Media xəbər verir ki, görüşdə Cənubi Qafqazda uzunmüddətli və dayanıqlı sülhün təmin olunmasının vacibliyi vurğulanıb, eləcə də regionun davamlı inkişafının fundamental əhəmiyyət daşıdığı qeyd edilib.
Tərəflər ədliyyə sahəsində Ermənistan–Gürcüstan əməkdaşlığının gücləndirilməsinin və bu istiqamətdə təcrübə mübadiləsinin önəmini xüsusi qeyd ediblər.
Nazir Srbuhi Qalyan həmçinin Aİ-nin viza rejiminin liberallaşdırılması üzrə Fəaliyyət Planına toxunaraq, yaxın gələcəkdə bu çərçivədə nəzərdə tutulan işlər barədə məlumat verib.