ABŞ Konqresi Rusiyaya qarşı sanksiya layihəsi hazırlayıb

Prezident Donald Trampın təsdiqindən sonra ABŞ Konqresi Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini səsverməyə çıxaracaq.
Operativ Media xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrem sosial şəbəkədəki səhifəsində məlumat verib.
“Mən çox şadam ki, Konqres prezident Trampın dəstəyi ilə Rusiyaya qarşı sanksiya qanun layihəsi üzərində işləyəcək və iki partiyanın böyük dəstəyi var”.
Qrem qeyd edib ki, sənəd təsdiq olunarsa, Amerika liderinə Rusiyadan neft və qaz almağa davam edən ölkələrə ikinci dərəcəli sanksiyalar və tariflər tətbiq etməyə imkan verəcək.
Noyabrın 17-də Tramp Rusiya ilə işini davam etdirən ölkələrə qarşı “çox sərt” tədbirlər tətbiq edəcək qanun layihəsini dəstəkləməyə hazır olduğunu təsdiqləyib.
Sənədə 500%-dək tariflər daxildir. ABŞ Prezidenti bəyan edib ki, sanksiyalar paketi Moskvaya və onun xarici ticarət tərəfdaşlarına təzyiq vasitəsi kimi xidmət etmək məqsədi daşıyır.