Menyu

Con Herbst Trampın Azərbaycan və Ermənistan arasında sülhə ən vacib töhfəsini açıqlayıb

Operativ Media
Con Herbst Trampın Azərbaycan və Ermənistan arasında sülhə ən vacib töhfəsini açıqlayıb

ABŞ Prezidenti Donald Trampın Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesinə ən əhəmiyyətli töhfəsi Azərbaycan və Ermənistanın müxtəlif formatlarda uzun illər müzakirə etdiyi TRIPP nəqliyyat dəhlizi üzərində işdir.

Operativ Media xəbər verir ki, bunu ABŞ-nin Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru Con Herbst noyabrın 18-də Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin Birinci Forumu çərçivəsində jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Tramp administrasiyası Cənubi Qafqazda davamlı sülhün qurulmasına kömək üçün siyasi iradə nümayiş etdirib:

"Məhz buna görə o, Prezident İlham Əliyevi və Baş nazir Nikol Paşinyanı avqust ayında Ağ Evə dəvət edib. Həmin görüşdə tərəflər bir sıra mühüm razılaşmalara nail olublar. Bu da Bakı və İrəvan arasında sülhün təmin edilməsinə dair səyləri gücləndirib. Bəlkə də Donald Trampın ən mühüm töhfəsi Azərbaycan və Ermənistanın artıq çoxdandır bəhs etdiyi nəqliyyat dəhlizi üzərində işdir".

Əlaqəli Xəbərlər