ABŞ səfirliyi "Tağıyev"lə bağlı paylaşım edib
Operativ Media

ABŞ-nin Bakıdakı səfirliyi "Tağıyev"lə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, bu barədə səfirliyin feysbuk hesabında paylaşım edilib.
"ABŞ-nin Bakıdakı Səfirliyi “Tağıyev: Neft” filminin rejissoru Zaur Qasımlını təbrik edir. Film yaxınlarında Hollivuddakı Kino Sənəti və Elmləri Akademiyası (AMPAS) tərəfindən 2026-cı il Oskar mükafatlandırma mərasimində Azərbaycanı təmsil etmək üçün seçilib. İndi film “Ən Yaxşı Xarici Bədii Film” kateqoriyasında nominasiya uğrunda dünya üzrə 80-dən çox film ilə yarışacaq. Finalçılar 16 dekabrda Los-Ancelesdə elan olunacaq və biz "Tağıyev"ə uğurlar arzulayırıq."- paylaşımda qeyd olunub.