Tramp Ağ Evdə Məhəmməd bin Salmanla görüşüb
Operativ Media

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Səudiyyə Ərəbistanı vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudu qəbul edir.
Operativ Media xəbər verir ki, rəsmi qarşılama mərasimini Ağ Evin Mətbuat xidməti yayımlayıb.
Mərasim zamanı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Ağ Evin üzərindən uçub. Bu, ABŞ-Səudiyyə Ərəbistanı ittifaqına qarşılanma səviyyəsini və nümayişkaranə dəstəyi vurğulayan jestdir.
İki tərəfin dörd əsas mövzunu müzakirə etməsi gözlənilir: yeni müdafiə müqaviləsi, F-35-lərin tədarükü, nüvə əməkdaşlığı və İsrail ilə münasibətlərin mümkün normallaşdırılması.