Menyu

Çin Azərbaycanın da yer aldığı "Orta Dəhliz" birgə müəssisəsinə qoşulur

Əziz Əzizli
Çin Azərbaycanın da yer aldığı "Orta Dəhliz" birgə müəssisəsinə qoşulur

Çində keçirilən Çin–Avropa Dəmir Yolu Marşrutu üzrə İkinci Beynəlxalq Əməkdaşlıq Forumunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TCITR) inkişafı və qlobal tədarük zəncirinin dayanıqlığının təmin edilməsində dəmir yollarının rolunun gücləndirilməsinə xüsusi diqqət yetirilib.

Operativ Media xəbər verir ki, forum çərçivəsində Çin Dəmir Yollarının CRCT şirkəti vasitəsilə Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu şirkətlərinin yaratdığı birgə müəssisə — ORTA CORRIDOR MULTIMODAL Ltd.-yə qoşulmasına dair saziş imzalanıb.

Xatırladaq ki, ORTA CORRIDOR MULTIMODAL Ltd. Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu şirkətləri tərəfindən “Orta Dəhliz” boyunca tranzit nəqliyyatın inkişafı və səmərəliliyinin artırılması məqsədilə yaradılmış birgə müəssisədir.

Əlaqəli Xəbərlər