Almaniya kansleri: Ukraynaya uzaqmənzilli silahlar veriləcək
Əsəd Abbaslı
Almaniya kansleri Fridrix Merz Ukraynanın uzaqmənzilli silahlar alacağını açıqlayıb.
Operativ Media xəbər verir ki, o, bu barədə İsveçin Baş naziri Ulf Kristerssonla birgə mətbuat konfransı zamanı bildirib.
“Son bir neçə ay ərzində biz Ukrayna hökuməti ilə uzaqmənzilli raket layihələrinin həyata keçirilməsi üzərində fəal əməkdaşlıq edirik. Ukrayna bu cür silahlar alacaq və Berlin bununla bağlı işləri davam etdirəcək" - deyən kansler Ukraynanın uzaqmənzilli raketləri nə vaxt və hansı formada alacağını dəqiqləşdirməyib.