Dövlət Departamentinin müşaviri Şəhidlər Xiyabanını ziyarət edib - FOTO
Nərmin Qocamanlı
ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Allison Huker Şəhidlər Xiyabanını ziyarət edib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.
"ABŞ Dövlət Departamentinin siyasi məsələlər üzrə müşaviri Allison Huker Şəhidlər Xiyabanını ziyarət edərək Vətən uğrunda həlak olanların xatirəsini ehtiramla yad edib. O, azadlıq və dəyərlər naminə həyatını qurban vermiş bütün insanları anaraq, münaqişələr nəticəsində sevdiklərini itirmiş ailələrə və yaxınlarına dərin hüznlə başsağlığı verib", - paylaşımda qeyd olunub.