Menyu

Keyfiyyətsiz yuxu və yorğunluq: Nevroloqlar səbəbləri açıqlayır

Ayşən Sadıxzadə
Keyfiyyətsiz yuxu və yorğunluq: Nevroloqlar səbəbləri açıqlayır

"Orqanizmimizdə bütün proseslər nizamlanıb və tənzimlənib. Yuxu tsikli də beyində tənzimlənən bir prosesdir və normal yuxu tsikli -sirkad ritm adlanır".

Bu sözləri Operativ Media-ya açıqlamasında nevroloq Röyanə Quluzadə deyib.

O bildirib ki, sirkad ritmin müddəti hər yaşda fərqlidir: 

“Bu uşaqlarda daha uzundur. Böyüdükcə isə qısalır və ortalama orta yaş insanda 7-8 saat təşkil etməlidir. Bu müddətdən kənaraçıxmalar həm xəstəlik əlamətidir həm xəstəliklərə səbəb ola bilər. Belə ki 9 saatdan daha çox yatanda beyində bəzi maddələrin hormanların istehsalı pozulur. Xüsusilə melatonin,kortizol,serotonin, noradrenalinin tənzimlənməsi pozulur. Nəticədə bir çox simptomlar-yorğunluq, depressiya, arterial təzyiqin düşməsi və s. əmələ gəlir.

Uzun yuxu qan dövranınada mənfi təsir göstərir, əzələlərin tonusdan düşməsinə səbəb olur, bədən boşalır və bu da öz növbəsində yorğunluğun yaranmasına səbəb olur”.

Nevroloq Ellada Qurbanova isə qeyd edib ki, yuxu prosesi müxtəlif fazalardan ibarətdir və həm yüngül, həm də dərin yuxu mərhələlərini özündə birləşdirir: 

“Bu fazalardan hər hansı birinin pozulması yuxu pozuntusu kimi qiymətləndirilir. Yuxunun strukturu pozulduqda insan səhər oyanarkən özünü yorğun hiss edir. Çünki normal halda yuxu ardıcıl fazalardan ibarət olmalı, insan yuxunun bütün mərhələlərindən keçdikdən sonra oyanmalıdır.

Dərin yuxu fazasına keçidin pozulması və ya bu mərhələnin kifayət qədər davam etməməsi nəticəsində bədən tam bərpa olunmur və bu da oyanarkən yorğunluq hissi yaradır. Xüsusilə gec saatlarda yatmaq yuxu fazalarının balansını pozur və nəticədə yuxunun keyfiyyəti aşağı düşür”.

Əlaqəli Xəbərlər