Menyu

Zelenski ABŞ-dən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsi alıb

Operativ Media
Zelenski ABŞ-dən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsi alıb

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dən Rusiya‑Ukrayna müharibəsinin sülh yolu ilə başa çatdırılmasına dair saziş layihəsini alıb.

Operativ Media xəbər verir ki, bunu Ukrayna liderinin Ofisi "Telegram" kanalında bəyan edib.

"Ukrayna Prezidenti rəsmi olaraq ABŞ tərəfindən diplomatiyanı aktivləşdirə biləcək plan layihəsini alıb", – deyə məlumatda qeyd olunur.

Zelenskinin ofisi vurğulayıb ki, Ukrayna tərəfi ABŞ tərəfdaşları, eləcə də Avropa və digər beynəlxalq iştirakçılarla konstruktiv işləməyə hazır olduğunu təsdiqləyib.

"Ukrayna Prezidenti yaxın günlərdə ABŞ prezidenti Donald Tramp ilə diplomatik imkanları və sülhün əldə olunması üçün əsas şərtləri müzakirə etməyi planlaşdırır", – bəyanatda qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər