Menyu

Rusiya XİN: Kiyevdə Azərbaycan səfirliyinə ziyan vurulmasına görə təəssüf edirik

Operativ Media
Rusiya XİN: Kiyevdə Azərbaycan səfirliyinə ziyan vurulmasına görə təəssüf edirik

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı 14 noyabrda Azərbaycan tərəfindən Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyinin binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı daxil olan müraciətin səlahiyyətli Rusiya qurumları tərəfindən diqqətlə araşdırılıldığı qeyd olunub.

Rusiya tərəfi baş vermiş hadisə ilə bağlı səmimi təəssüfünü bildirir.

Eyni zamanda, mövcud məlumatların nəzərdən keçirilməsi nəticəsində müəyyən edilib ki, Kiyevdəki Azərbaycan diplomatik nümayəndəlik kompleksinə dəyən ziyan çox güman ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin nasazlığı, ehtimal ki, Patriot raketinin zərbəsi nəticəsində baş verib.

Azərbaycan tərəfinə bir daha bildirilib ki, xüsusi hərbi əməliyyat zamanı Rusiya Silahlı Qüvvələri Kiyevdə yerləşən obyektlər də daxil olmaqla, Ukrayna müdafiə sənayesi obyektləri də daxil olmaqla qanuni hərbi hədəflərə zərbələr endirir. Zərbələr planlaşdırılarkən mülki şəxslərə zərər dəyməməsi üçün döyüş məlumatları diqqətlə izlənilir və xarici diplomatik nümayəndəliklərin yerləşdiyi yerlər nəzərə alınır.

Əlaqəli Xəbərlər