Menyu

Vilayət Eyvazov Gürcüstanın Baş naziri ilə görüşüb

Operativ Media
Vilayət Eyvazov Gürcüstanın Baş naziri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisiyə rəsmi səfərdə olan Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazovu qəbul edib.

Operativ Media xəbər verir ki, Gürcüstan Hökumət Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, görüş zamanı iki ölkə arasında səmərəli əməkdaşlığın və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə edilib.

Qeyd olunub ki, bu illər ərzində Gürcüstan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında uğurlu ikitərəfli tərəfdaşlıq formalaşıb.

Vurğulanıb ki, bu gün iki ölkənin daxili işlər nazirlikləri arasında imzalanmış Əməkdaşlıq Sazişi xüsusilə cinayətlərin qarşısının alınması, açılması və təqsirkarların müəyyən edilməsi sahəsində tərəfdaşlığı daha da möhkəmləndirəcək.

Görüşdə həmçinin regionda sabitliyin və davamlı sülhün təmin edilməsinin əhəmiyyəti vurğulanıb.

Əlaqəli Xəbərlər