Tükiyəli nazir verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib

Xəbər verdiyimiz kimi, Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 30-cu Sessiyasında (COP30) mühüm qərar qəbul olunub. Sessiyanın yekun sənədinə əsasən, COP31-ə ev sahibliyini Türkiyə Respublikası həyata keçirəcək.
Operativ Media xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum çıxışı zamanı danışıqlar prosesində göstərdiyi fəal dəstəyə görə Azərbaycan tərəfinə xüsusi təşəkkürünü bildirib.
Murat Kurum əlavə olaraq Braziliya nümayəndələrinə, COP31-in birgə təşkilatçısı olan Avstraliya hökumətinə, nazir Chris Bowen-a, BMT İqlim Katibliyinə və prosesə töhfə verən bütün qurumlara təşəkkürünü ifadə edib.
📡 BM İklim Değişikliği Çerçeve Sözleşmesi 30. Taraflar Konferansı Genel Kurulu https://t.co/Y81GaYPJi4
— Murat KURUM (@murat_kurum) November 22, 2025