Müdafiə Nazirliyi minaya düşərək şəhid olan hərbçi barədə məlumat yayıb
Redaksiya
Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlunun martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olub.
Bu barədə "Operativ Media"ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət eləsin", - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.
Teqlər:
"Müdafiə Nazirliyi minaya düşərək şəhid olan hərbçi barədə məlumat yayıb"