Menyu

Polşa İsrail səfirini XİN-ə çağırıb

Operativ Media
Polşa İsrail səfirini XİN-ə çağırıb

Polşa Xarici İşlər Nazirliyi İsrail səfiri Yakov Livneni çağırıb.

Operativ Media xəbər verir ki, səfir "Yad Vaşem" institutunun "X"dəki paylaşımı ilə bağlı izahat vermək üçün çağırılıb.

Qeyd edilir ki, həmin paylaşımda Polşanın yəhudilərin ətraf mühitdən təcrid olunması üçün onları fərqləndirici nişanlar taxmağa məcbur edən ilk ölkə olduğu iddia olunub

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski "Yad Vaşem"in paylaşımın altında qeyd edib ki, söhbət Almaniya tərəfindən işğal olunmuş Polşadan gedir.

"Yad Vaşem" isə öz növbəsində bəyan edib ki, artıq paylaşımın mətnində dəyişikliklər edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər