Menyu

Gənclərdə artroz niyə yaranır? - Həkim danışır

Ayşən Sadıxzadə
Gənclərdə artroz niyə yaranır? - Həkim danışır

Artroz adətən yaşlılarda görülən xəstəlik kimi tanınsa da, son illərdə gənclər arasında da artım müşahidə olunur. Bu vəziyyətin bir neçə əsas səbəbi var. İlk növbədə, travmalar və idman zədələri artrozun yaranmasına təsir edən ən mühüm amillərdəndir. Xüsusilə diz, ayaq və digər oynaqlara dəyən zədələr qığırdağın vaxtından əvvəl aşınmasına səbəb olur.

Bunu Operativ Media-ya açıqlamasında travmatoloq-ortoped Yasin Haxverdiyev bildirib.

Onun sözlərinə görə, oynaq əyrilikləri və müxtəlif deformasiyalar da artrozun inkişafına şərait yaradan digər faktorlardandır:

“Bu pozuntular bəzən doğuşdan müşahidə olunur, bəzən isə keçmiş sınıqların nəticəsi kimi formalaşır. Ağır yük daşımaq və artıq çəki də oynaqlara böyük təsir göstərən səbəblərdəndir. Obezite oynaqlara düşən təzyiqi artırdığı üçün artrozun inkişafını sürətləndirir.

Revmatoloji xəstəliklər də gənc yaşlarda artroz yarada bilən amillər sırasındadır. Bu xəstəliklər oynaqlarda iltihab və zədələnmə yaradaraq prosesin daha erkən başlamasına səbəb olur.

D vitamini çatışmazlığı və bəzi sistem xəstəlikləri də qığırdaq toxumasının zəifləməsinə gətirib çıxara bilər. Bu da artrozun daha tez inkişaf etməsinə şərait yaradır.

Həmçinin genetik meyillilik də nəzərə alınmalıdır. Bəzi insanlarda ailəvi faktorlar səbəbindən oynaqlar daha həssas olur və artroz daha erkən yaşlarda ortaya çıxa bilər.”

Əlaqəli Xəbərlər