Menyu

Yaşar Gülər: Vaşinqton razılaşması Qafqazda sülh və sabitlik üçün mühüm addımdır

Operativ Media
Yaşar Gülər: Vaşinqton razılaşması Qafqazda sülh və sabitlik üçün mühüm addımdır

26 noyabrda Türkiyə Böyük Millət Məclisinin iclasında çıxış edən müdafiə naziri Yaşar Gülər Vaşinqtonda Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmalara münasibət bildirib.

Operativ Media xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Nazir qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması prosesində müdafiə sənayesi sahəsində əməkdaşlıq, kadr hazırlığı, yardım və məsləhətçilik istiqamətlərində ciddi irəliləyiş əldə olunub və bu fəaliyyətlər uğurla davam edir.

Yaşar Gülər həmçinin Vaşinqtonda tərəflər arasında sülhün bərqərar olunmasına dair iradənin ifadə edilməsini Türkiyənin məmnunluqla qarşıladığını vurğulayıb. O, bu addımı Qafqazda uzunmüddətli sülh və sabitlik üçün mühüm və dəyərli bir mərhələ kimi qiymətləndirib.

Nazir sonda tərəflər arasında hərtərəfli sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.

Əlaqəli Xəbərlər