Menyu

2030-cu ilədək 90 cərrahi prosedura regional çıxış təmin ediləcək

Əsəd Abbaslı
2030-cu ilədək 90 cərrahi prosedura regional çıxış təmin ediləcək

"Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə Yol Xəritəsi 2030-cu ilə qədər ölkənin müxtəlif regionlarında nevroloji, ürək-damar, protezləmə və digər yüksək texnoloji cərrahi xidmətlərin əlçatanlığını artırmaq, eləcə də regionlara ixtisaslı kadrların cəlbi və davamlı tibbi təhsil proqramlarının tətbiqini hədəfləyir".

Operativ Media-nın Gəncəyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bu gün Gəncə şəhərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən media nümayəndələri üçün keçirilən təlimdə məlumat verib.

O, qeyd edib ki, layihə 2015-ci ildə Londonda ÜST və BMT-nin dəstəyi ilə təsis edilmiş “Qlobal cərrahiyyə 2030” üzrə Lanset Komissiyasının müəyyən etdiyi hədəflərə uyğun həyata keçirilir:

"Bu komissiyanın məqsədi dünyada bütün insanların təhlükəsiz, əlçatan və sərfəli cərrahi xidmətlərə çıxışını təmin etməkdir. Artıq TƏBİB tərəfindən cərrahiyyə və anesteziyanın inkişafı üzrə yol xəritəsi hazırlanır. 2028-ci ilə qədər ölkə üzrə 44 əsas zəruri cərrahi prosedura, 2030-cu ilə qədər isə regional səviyyədə daha çox (90 prosedur) xidmətə çıxış təmin ediləcək. Bundan əlavə, 2030-cu ildən TƏB mərkəzlərində yüksək texnoloji və intensiv terapiya tələb edən ixtisaslaşmış cərrahi xidmətlərin (neyrocərrahiyyə, ürək, protezləmə, bariatrik və s.) təşkili mümkün olacaq."

Əlaqəli Xəbərlər