Menyu

Hikmət İbrahimli: İcbari tibbi sığorta vətəndaşlara geniş və asan əlçatan tibbi xidmətlər təqdim edir

Əsəd Abbaslı
Hikmət İbrahimli: İcbari tibbi sığorta vətəndaşlara geniş və asan əlçatan tibbi xidmətlər təqdim edir

“İxtisaslaşdırılmış tibbi xidmətlərin Xidmətlər Zərfi ilə əhatə olunması vətəndaşların daha geniş spektrdə xidmətlərdən yararlanmasına imkan verir".

Operativ Media xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli bildirib.

O, icbari tibbi sığortanın ölkədə tibbi xidmətlərə çıxışı təmin edən sosial təminat mexanizmi olduğunu vurğulayıb:

"Əsas məqsəd yalnız xidmət çeşidini artırmaq deyil, həm də bu xidmətlərin ölkə üzrə bərabər şəkildə əlçatanlığını təmin etməkdir. İcbari tibbi sığorta təkcə maliyyə mexanizmi deyil. Sığorta vətəndaşın sağlamlığının qorunmasında onun yanında olan və tibbi yardıma çıxışı təmin edən sistemdir. Bu gün sığorta mexanizmi tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinə, həkimlərin peşəkar inkişafına və ən əsası vətəndaşın vaxtında, əlavə maliyyə yükü olmadan müalicə almasına şərait yaradır".

Əlaqəli Xəbərlər