Menyu

SN: Ölkədə respirator infeksiyalarla bağlı vəziyyət sabitdir

Ayşən Sadıxzadə
SN: Ölkədə respirator infeksiyalarla bağlı vəziyyət sabitdir

“RSV infeksiyası kəskin respirator virus infeksiyaları qrupuna daxildir. Əsasən payız və qış aylarında daha çox yayılır. Bu infeksiyanın epidemik mövsümdə istənilən ərazidə yayılması ehtimalı mümkündür. RSV infeksiyasına yoluxma hallarının laborator təsdiqi olmayıb”.

Bu bardədə Operativ Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib:

“Ümumiyyətlə, infeksiyaların yayılma səviyyələrini müəyyən edən statistik göstəricilər haqqında danışmaq bir qədər tezdir. Müşahidələr onu deməyə əsas verir ki, xəstələnmə fonu əvvəlki illərdən bir o qədər fərqli deyil. RSV infeksiyası zamanı virusu məhv etməyə yönəlmiş effektiv spesifik terapiya yoxdur. Müalicə əsasən simptomatik və dəstəkləyicidir. Bundan başqa ölkədə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrində qrip əleyhinə kifayət qədər təhlükəsiz və effektiv vaksin var. Hər bir vətəndaş ərazi tibb müəssisəsinə müraciət edərək qrip əleyhinə peyvənd oluna bilər".

RSV infeksiyasının qarşısının alınmasının qeyri-spesifik tədbirlərinə aşağıdakılar daxildir:

 Ümumi gigiyena tədbirləri:

1. Əllərin tez-tez və ən azı 20 saniyə sabun və su ilə yaxşıca yuyulması. (bu, bütün ailə üzvlərinə, xüsusən öskürmədən, asqırdıqdan sonra və ya körpələrlə təmasdan əvvəl aiddir).

2. Tənəffüs yollarının gigiyenasına riayət edilməsi: öskürərkən və asqırarkən ağzı və burnu əllərlə deyil, birdəfəlik salfet və ya dirsəklə bağlanması.

3. Xəstə insanlarla yaxın təmasdan çəkinmək

4. Tez-tez istifadə olunan əşyaların və səthlərin (qapı tutacaqları, oyuncaqlar) müntəzəm təmizlənməsi.

5. Kəskin respirator virus infeksiyası epidemiyaları dövründə insanların böyük izdihamından yayınmaq.

6. Xəstə insanlar (xüsusilə uşaqlar) mümkünsə evdə qalmalı və risk qrupuna aid insanlarla (körpələr, yaşlılar) təmasdan çəkinməlidirlər.

7. Körpələr üçün ana südü ilə qidalanmanın davam etdirilməsi, çünki ana südü qoruyucu faktorları ehtiva edir”.

Əlaqəli Xəbərlər