Menyu

Ramiz Mehdiyev daha bir vəzifəsini itirib

Operativ Media
Ramiz Mehdiyev daha bir vəzifəsini itirib

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin tərkibindən çıxarılıb.

Operativ Media Modern.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti bununla bağlı 12 noyabr 2025-ci il tarixli 797 nömrəli Sərəncam imzalayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev 2024-cü ilin oktyabrına kimi Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini postunu tutub. Ötən ilin oktyabrında Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Həmin dəyişikliyə əsasən, redaksiya heyəti sədrinin birinci müavini postu ləğv edilib. Nəticədə Ramiz Mehdiyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin tərkibində sadəcə adi üzv kimi qalıb.

12 noyabr 2025-ci il tarixli Sərəncamla isə R.Mehdiyev Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin adi üzvlüyündən də çıxarılıb.

Xatırladaq ki, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sonuncu tərkibi dövlət başçısının 1 noyabr 2018-ci il tarixli 636 nömrəli Sərəncamı ilə təsdiqlənib.

Hazırda Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin sədri Prezident İlham Əliyevdir.

Əlaqəli Xəbərlər