Rusiya XİN: Azərbaycan və Ermənistanı Qarabağda gərginliyi azaltmağa çağırırıq
Nərmin Qocamanlı
"Rusiya Federasiyası tərəfləri təmkinli olmağa və gərginliyin azaldılması istiqamətində addımlar atmağa çağırır".
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN sözcüsü Mariya Zaxarova bildirib.
"Son bir neçə gün ərzində atəşkəs rejiminin dəfələrlə pozulması halları baş verib. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən insan tələfatı ilə nəticələnən silahlı insident baş verib, Moskva münaqişənin kəskinləşməsindən narahatdır"-deyə o qeyd edib
Teqlər:
"Rusiya XİN: Azərbaycan və Ermənistanı Qarabağda gərginliyi azaltmağa çağırırıq"