Menyu

Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb

Operativ Media
Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan-Rusiya münasibətlərindən danışıb.

Operativ Media xəbər verir ki, Hikmət Hacıyev Brüsseldə “EU Today"a müsahibəsində ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya səmasında vurulmasından sonra müəyyən emosionallığın və yalnış anlaşılmaların olduğunu, lakin rəsmi Bakının narahatlıqlarının Düşənbədə liderlər səviyyəsində müzakirə edildiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyadan 4 məsələni tələb edirdi: rəsmi olaraq üzr istənilməsi, qəzanın hərtərəfli araşdırılması, məsuliyyət daşıyanların ədalət qarşısında cavab vermələri və kompensasiya ödənilməsi.

“Bu məsələlər həll olunan zaman, biz yalnış anlaşılmalar səhifəsini çevirəcəyik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”, - Hikmət Hacıyev qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər