Azərbaycan və Çin mərkəzi bankları monetar siyasət və rəqəmsal ödənişlər üzrə əməkdaşlığı genişləndirir
Operativ Media
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımov Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.
Operativ Media xəbər verir ki, görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi mövzularını müzakirə edilib. Bundan əlavə, rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə danışılıb.