Menyu

Bakıda Türk Dövlətləri Təşkilatının “Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclası keçiriləcək

Operativ Media
Bakıda Türk Dövlətləri Təşkilatının “Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclası keçiriləcək

2-3 dekabr tarixlərində Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin “Xəritəçilik İşçi Qrupu”nun 2-ci iclası baş tutacaq.

Operativ Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, eləcə də müşahidəçi statusunda olan Macarıstan və Şimali Kipr Türk Respublikasının geodeziya, kartoqrafiya, yerquruluşu, kadastr, yerin məsafədən tədqiqi və coğrafi informasiya sistemləri üzrə müvafiq qurumlarının nümayəndələri iştirak edəcək.

Azərbaycan tərəfi iclasa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ETSN yanında Geodeziya və Kartoqrafiya Agentliyinin nümayəndələri, həmçinin digər aidiyyəti qurumların mütəxəssisləri ilə qatılacaq.

Qeyd edək ki, Bakıda təşkil olunacaq iclasda TDT “Xəritəçilik İşçi Qrupu”nun 30 sentyabr - 1 oktyabr 2024-cü il tarixlərində Ankarada keçirilmiş 1-ci görüşündə müəyyən edilən hədəflərin icra vəziyyəti və gələcəkdə bu sahədə əməkdaşlığın gücləndirilməsi, yeni hədəflərin müəyyənləşdirilməsi və onların həyata keçirilməsi imkanları nəzərdən keçiriləcək.

Bu tədbir 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü və Ümumdünya Şəhərsalma Forumu (WUF13) ərəfəsində ölkəmizin geodeziya, kartoqrafiya və coğrafi informasiya sistemləri sahəsində əməkdaşlığını gücləndirməklə yanaşı, ətraf mühitin mühafizəsi və davamlı idarə olunması naminə atdığı ardıcıl addımları nümayiş etdirir.

Əlaqəli Xəbərlər