Menyu

Aİ komissarı: Azərbaycan və Ermənistan arasında sülh region üçün xüsusi əhəmiyyət daşıyır

Operativ Media
Aİ komissarı: Azərbaycan və Ermənistan arasında sülh region üçün xüsusi əhəmiyyət daşıyır

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələsi Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında dekabrın 3-də keçiriləcək görüşdə müzakirə mövzularından biri olacaq.

Operativ Media-nın Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, bunu Marta Kos bildirib.

"Sabah Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcəyəm. Biz Ermənistan və Azərbaycan arasında münasibətlərdə hadisələrin inkişafını da izləyirik. Söhbət Ermənistan və Azərbaycan arasında sülhdən gedir. Bu sülh sadəcə iki ölkə arasında sülhdən daha böyükdür - söhbət regionda sülhdən gedir. Məhz buna görə mən çox optimist əhvali-ruhiyyədəyəm", - o qeyd edib.

M.Kosun sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müsbət istiqamətdə inkişaf edir.

Əlaqəli Xəbərlər