Aİ Zəngəzur dəhlizi layihəsində iştirak etməkdə maraqlıdır
Operativ Media
ABŞ, Azərbaycan və Türkiyə iə Zəngəzur dəhlizi layihəsində mümkün iştirak barədə danışıqlar aparılır.
Operativ Media xəbər verir ki, bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos bildirib.
"Avropa İttifaqının öz təklifləri var və o, Türkiyə və Azərbaycanla məsləhətləşmələri davam etdirir. ABŞ-nin iştirakı xüsusilə vacibdir, çünki layihə yalnız bir dəmir yolu seqmentini əhatə edir», – deyə Kos qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa İttifaqının Zəngəzur dəhlizi layihəsinə iştirakını təklif etmişdi.