Azərbaycanın İordaniyadakı səfiri etimadnaməsini təqdim edib
Operativ Media
Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev etimadnaməsinin surətini İordaniya Xarici İşlər Nazirliyinin baş katibi Deyfallah əl-Fayezə təqdim edib.
Operativ Media xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Görüş zamanı Şahin Abdullayev Azərbaycan və İordaniya arasında dostluq və əməkdaşlığın daha da inkişaf etdirilməsinə sadiqliyini ifadə edib, ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə fəal şəkildə kömək etmək niyyətini təsdiqləyib", - paylaşımda qeyd olunub.