Menyu

Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov NATO Baş katibinin müavini ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Görüş zamanı Azərbaycan ilə NATO arasında əməkdaşlıq gündəminə daxil olan müdafiə, enerji təhlükəsizliyi, kritik infrastruktur obyektlərinin mühafizəsi, təhsil və digər məsələlər, eləcə də regional və beynəlxalq təhlükəsizliklə bağlı mövzular müzakirə olunub.

Əlaqəli Xəbərlər