Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan “XİN”nin “X” hesabında paylaşım edilib.
Nazirlər Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığının müsbət dinamikasını yüksək qiymətləndirib və dostluq, qarşılıqlı dəstəyə əsaslanan münasibətlərin regional sabitlik və inkişaf üçün əhəmiyyətini vurğulayıblar.
Enerji, nəqliyyat-logistika sahələrində əməkdaşlıq, həmçinin elektrik və yaşıl enerji üzrə yeni birgə layihələr, mədəni və humanitar mübadilələr müzakirə olunub.
Cənubi Qafqazda davamlı sülh, sabitlik və rifah üçün səylərin vacibliyi diqqətə çatdırılıb.