Menyu

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır

Operativ Media
Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır

Gürcüstan sülh və regional əməkdaşlığı təşviq etməkdə qətiyyətlə davam edir və beynəlxalq hüququn tətbiqi, suverenliyin qorunması, Cənubi Qafqazda və ATƏT regionunda uzunmüddətli sülhün təmin edilməsi üçün bütün tərəfdaşlarla işləməyə hazırdır. 

Operativ Media xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ATƏT Nazirlər Şurasının 32-ci iclasında çıxışı zamanı söyləyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında avqustun 8-də Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır və regionda uzunmüddətli sabitlik, inkişaf üçün yeni imkanlar açır.

Nazir ABŞ Prezidentinin vasitəçiliyi ilə Vaşinqtonda əldə edilmiş “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi alqışlayıb.

Maka Boçorişvili çıxışında Gürcüstanın ATƏT-in prinsiplərinə sadiqliyini bir daha təsdiqləyib.

Əlaqəli Xəbərlər