Azərbaycan və Fransa arasında münasibətlərin perspektivləri müzakirə edilib
Operativ Media
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurası toplantısı çərçivəsində Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin “X” hesabında paylaşım edilib.
Görüşdə Azərbaycan–Fransa münasibətlərinin mövcud məsələləri və perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.