Azərbaycanın ÜTT-yə üzvlük hazırlıqları müzakirə edilib
Operativ Media
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük prosesinə dair Komissiyanın iclası ilə bağlı paylaşım edib.
Operativ Media xəbər verir ki, iclasda təşkilata üzv olma istiqamətində görülən işlər, yerli istehsalın rəqabətqabiliyyətliliyinin artırılması və ixrac imkanlarının genişləndirilməsi kimi məsələlər müzakirə olunub.
Onun sözlərinə görə, iclasda ÜTT-yə üzvlük prosesinin növbəti mərhələlərinə dair qərarlar qəbul edilib.