ABŞ səfiri: Türkiyə S-400-dən imtina etməyə hazırlaşır
Operativ Media

Ankara Rusiyadan alınmış S-400 zenit-raket komplekslərindən tam şəkildə imtina etməyə hazırlaşır.
Operativ Media xəbər verir ki, bunu ABŞ-nin Türkiyədəki səfiri Tom Barak deyib.
Səfirin sözlərinə görə, bu qərar Türkiyəyə ABŞ-nin beşinci nəsil F-35 qırıcılarını əldə etmək imkanını yenidən aça bilər.
Barak qeyd edib ki, S-400 sistemləri Türkiyə Silahlı Qüvvələri tərəfindən istifadə olunmur.
Buna baxmayaraq, onların inventarda mövcudluğu NATO və Vaşinqtonla münasibətlərdə problemlər yaratmağa davam edir.
ABŞ səfiri vurğulayıb ki, komplekslərin kənarlaşdırılması Türkiyə ilə Qərb arasında müdafiə sahəsində əməkdaşlığın güclənməsinə xidmət edəcək.