ABŞ yeni milli təhlükəsizlik strategiyasını açıqlayıb

ABŞ hökuməti yeni milli təhlükəsizlik strategiyasını təqdim edib.
Operativ Media xəbər verir ki, sənədə əsasən, ölkə özünü iqtisadiyyat, silahlanma, yüksək texnologiyalar və siyasət sahəsində dünya lideri hesab edir.
Həmçinin Qərb yarımkürəsi və Yaxın Şərqdə siyasi proseslərdə aparıcı rol oynamağı planlaşdırır.
Yeni strategiya həmçinin göstərir ki, Vaşinqton Avropa ilə Rusiya arasında münasibətlərin tənzimlənməsində iştirak etməyə hazırdır.
Strategiyada regional münaqişələrin qarşısının alınması və sülhün təmin olunması ABŞ-nin prioritetləri kimi göstərilib:
"Prezident Donald Tramp özünü Sülh Prezidenti kimi təsdiqləyib. İlk dövründə tarixi "İbrahim sazişləri" reallaşdıran Tramp, ikinci dövründə səkkiz ay ərzində dünyanın səkkiz regionunda misilsiz sülh əldə edib. O, Kamboca və Tayland, Kosovo və Serbiya, Konqo və Ruanda, Pakistan və Hindistan, İsrail və İran, Misir və Efiopiya, Ermənistan və Azərbaycan arasında sülhü təmin edib və Qazadakı müharibəni bitirərək bütün girovları ailələrinə qaytarıb".
Strategiyada vurğulanır ki, regional münaqişələrin qlobal müharibələrə çevrilmədən dayandırılması ABŞ maraqları üçün vacibdir.