Hikmət Hacıyev Məryəm bint Əli bin Nasir Əl-Misnad ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Doha forumu çərçivəsində Qətər Dövlətinin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint Əli bin Nasir Əl-Misnad ilə görüşüb.
Operativ Media xəbər verir ki, bununla bağlı Hikmət Hacıyev sosial şəbəkə hesabında paylaşım edib.
"Görüş zamanı ölkələrimiz arasındakı qardaşlıq münasibətlərini daha da gücləndirmək yollarını müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızı intensivləşdirməyi razılaşdırdıq", - paylaşımda qeyd olunur.
On the sidelines of @Dohaforum I was pleased to meet with H.E. @MANAlMisned Maryam bint Ali bin Nasser Al-Misnad, Minister of State for International Cooperation of the State of Qatar.
— Hikmet Hajiyev (@HikmetHajiyev) December 6, 2025
During the meeting we discussed how to further enhance the brotherly relations between our… pic.twitter.com/Ik7cfFJ90G