Menyu

Azərbaycan, Özbəkistan və Qazaxıstan diasporları görüşlər keçirəcək- Fotolar

Operativ Media
Azərbaycan, Özbəkistan və Qazaxıstan diasporları görüşlər keçirəcək- Fotolar

Azərbaycan, Özbəkistan və Qazaxıstan diasporlarının görüşlərinin keçirilməsi barədə razılıq əldə olunub.

Bu barədə Operativ Media -ya Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Diaspor Komitəsinin sədri Fuad Muradov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin yeddinci iclası çərçivəsində Qazaxıstanın "Otandastar Fondu"nun prezidenti Daniyar Kadyrov və Özbəkistanın Millətlərarası Münasibətlər və Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Komitəsinin sədri Kahraman Sarievlə görüşüb.

Görüşlərdə ölkələr arasında münasibətlərin yüksək səviyyədə inkişafından danışılıb, diasporların ortaq fəaliyyət imkanları müzakirə edilib.

Özbəkistan və Qazaxıstan tərəfi Azərbaycanın diaspor təcrübəsini yüksək qiymətləndirdiklərini və bu təcrübədən faydalanmağın zəruriliyini diqqətə çatdırıblar.

Əməkdaşlıq sahəsində dinamiklik müsbət dəyərləndirilib, Azərbaycan, Özbəkistan və Qazaxıstan diasporlarının görüşlərinin təşkili ilə bağlı razılığa gəlinib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər