Rusiya və Qırğızıstan Prezidentləri arasında telefon danışığı olub
Operativ Media
Rusiya Prezidenti Vladimir Putin və Qırğızıstan Prezidenti Sadır Japarov arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Vladimir Putin noyabrın 25-26-da Qırğızıstana dövlət səfəri zamanı göstərilən səmimi qəbula və qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib. Hər iki tərəf Bişkekdə yüksək səviyyəli danışıqların nəticələrinin çoxşaxəli Rusiya-Qırğızıstan münasibətlərinə dərin strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə mühüm təkan verdiyini vurğuladı", - məlumatda qeyd olunub.
Söhbət zamanı Rusiya prezidenti qırğız həmkarını ad günü münasibətilə təbrik edib.