Əl-Şaraa: Suriyada dörd ildən sonra prezident seçkiləri keçiriləcək
Operativ Media
Suriyada yeni konstitusiyaya əsasən dörd ildən sonra prezident seçkiləri keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə Ərəb Respublikasının keçid prezidenti Əhməd əl-Şaraa Doha Forumunda çıxışı zamanı bildirib.
"Biz əhatəli milli dialoq konfransı keçirdik, nəticədə aralıq konstitusiya bəyannaməsi qəbul olundu. Bu bəyannamə prezidentə beş il hakimiyyətdə qalmaq səlahiyyəti verdi. Bu müddət ərzində çoxlu qanunlar qəbul ediləcək və hökumət sisteminin təməl prinsipi olacaq konstitusiya hazırlanacaq. Dörd ildən sonra mütləq seçkilər keçirəcəyik", - deyə əl-Şaraa əlavə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net