Türkiyə və Venesuela prezidentləri telefon danışığı aparıb
Operativ Media
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuela prezidenti Nikolas Maduro ilə telefon danışığı aparıb.
Operativ Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı iki ölkə arasındakı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Ərdoğan Maduroya bölgədə baş verən hadisələri yaxından izlədiklərini, Türkiyənin problemlərin dialoq yolu ilə həllinə inandığını və bunu bütün platformalarda vurğuladığını bildirib.
Ərdoğan, həmçinin ABŞ ilə Venesuela arasında dialoq kanallarının açıq qalmasının vacibliyini qeyd edərək, gərginliyin ən qısa zamanda səngiməsini arzu etdiyini deyib.