Menyu

Qan Bankında bütün qan qrupları üzrə kifayət qədər ehtiyat mövcuddur

Ayşən Sadıxzadə
Qan Bankında bütün qan qrupları üzrə kifayət qədər ehtiyat mövcuddur
1 dəq oxu

"Səhiyyə Nazirliyi Respublika Qan Bankında bütün qan qrupları üzrə kifayət qədər qan və onun komponentlərinin ehtiyatı mövcuddur".

Bu barədə Operativ Media-ya Səhiyyə Nazirliyi Respublika Qan Bankından bildirilib.

Qeyd olunub ki, qan və onun komponentlərinin ehtiyatının qorunması və artırılması məqsədilə mütəmadi qanvermə aksiyaları keçirilir, könüllü donorların iştirakı ilə ehtiyatlar daim yenilənir:

"Əsas məqsəd, ölkə üzrə bütün qan qruplarından olan resipiyentlərin qan və onun komponentləri ilə vaxtında və etibarlı şəkildə təmin edilməsidir".

Əlaqəli Xəbərlər