Bratislavada İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
Operativ Media
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 8-də Slovakiyanın paytaxtı Bratislavada rəsmi qarşılanma mərasimi olub.
Operativ Media xəbər verir ki, Prezident Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanın və Slovakiyanın Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Azərbaycanın nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiyanın nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.