Aİ Yunanıstanın təkliflərini geri göndərib

Avropa İttifaqının 150 milyard avro büdcəyə malik yeni müdafiə təşəbbüsü (Security Action for Europe - SAFE) çərçivəsində Yunanıstanın təqdim etdiyi təkliflər düzəlişlər edilməsi üçün geri qaytarılıb.
Operativ Media xəbər verir ki, Aİ-nin rəsmi nümayəndəsi Toma Renye qeyd edib ki, bu, adi təcrübədir və bunda hər hansı bir gizli məna axtarmaq lazım deyil.
"Biz dekabrın 1-də Aİ dövlətlərindən 19 milli planın daxil olduğunu təsdiq etdik", - o deyib.
Renyenin sözlərinə görə, bu planların təhlili mərhələsində müəyyən suallar yarana bilər. Yunanıstanla bağlı bu hal baş verib.
Aİ bu məsələyə aydınlıq gətirilməsi üçün milli hakimiyyət orqanlarına müraciət edib.
O, yaranan sualların mahiyyətinə dair təfərrüatları açıqlamaqdan imtina edib, çünki bu milli planların məzmunu vacib və məxfidir.