Menyu

Tramp: Ərdoğanla problem yaşayanda məndən ona zəng etməyimi xahiş edirlər

Operativ Media
Tramp: Ərdoğanla problem yaşayanda məndən ona zəng etməyimi xahiş edirlər

"NATO üçün çətinliklər yaradan ölkələr var. Türkiyə buna nümunədir".

Operativ Media xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp "Politico"ya verdiyi müsahibədə deyib.

"Ərdoğan mənim dostumdur. Ərdoğanla problem yaşayanda məndən ona zəng etməyimi xahiş edirlər, çünki onunla özləri danışa bilmirlər. O, sərt bir insandır. Mən onu həqiqətən çox sevirəm. Düşünürəm ki, o, güclü bir ölkə, güclü bir ordu qurub. Amma onunla ünsiyyət qurmaqda çətinlik çəkirlər və məndən ona zəng etməyimi xahiş edirlər. Mən də ona zəng edirəm və biz həmişə birlikdə məsələləri həll edirik", - deyən Tramp Ərdoğanla məsələləri düzgün və çox tez həll etdiyini vurğulayıb.

Əlaqəli Xəbərlər