Menyu

Anar Quliyev Serbiyanın sabiq Prezidenti Boris Tadiçlə WUF13 hazırlıqlarını müzakirə edib

Operativ Media
Anar Quliyev Serbiyanın sabiq Prezidenti Boris Tadiçlə WUF13 hazırlıqlarını müzakirə edib
1 dəq oxu

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Serbiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGIC) Müşahidə Şurasının üzvü Boris Tadiç ilə görüşüb.

Görüş zamanı 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq məsələləri müzakirə edilib, Mərkəzin Forumda iştirakının əhəmiyyəti xüsusilə vurğulanıb.

Həmçinin 15-16 yanvar 2026-cı il tarixlərində Cenevrədə keçiriləcək NGIC-in İllik Toplantısı və bu çərçivədə birgə təşəbbüslər və əməkdaşlıq imkanları barədə səmimi fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, 17-22 may 2026-cı il tarixlərində Bakının ev sahibliyi edəcəyi BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu ilə əlaqədar (WUF13) hazırlıq prosesi davam edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyevin bu istiqamətdə rəsmi görüşləri ardıcıl şəkildə həyata keçirilir.

Əlaqəli Xəbərlər