Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 10 dekabr 2025-ci il tarixində Macarıstana işgüzar səfərə yola düşüb.
Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Səfər çərçivəsində dekabrın 11-də Azərbaycan–Macarıstan Strateji Dialoqunun üçüncü iclasının keçirilməsi planlaşdırılır.
Bununla yanaşı, naziri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və digər yüksək vəzifəli rəsmi şəxslərlə ikitərəfli görüşlər gözlənilir.