07 Mart 2023, 20:10
Bakıda Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub
Bakıda Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub şəkil
Bakıda Azərbaycanla İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub

Martın 7-də Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tədbir və sərgi keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Məlumata görə, tədbirdə Xarici İşlər Nazirliyinin rəhbər heyəti, İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, bir çox ərəb ölkələrinin səfirləri və əməkdaşları, İordaniya və Azərbaycan arasında Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən xarici işlər nazirinin müavini Fariz Rzayev 30 il ərzində iki ölkə arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə yüksələn xətt üzrə inkişaf etdiyini, bu prosesdə rəsmi səfər mübadilələrinin, habelə beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. 1994-cü ildə Mərakeşin Kasablanka şəhərində İƏT Zirvə görüşündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və İordaniya Kralı Əl-Hüseyn İbn Talal arasında baş tutmuş tarixi görüşün Azərbaycan-İordaniya münasibətlərində yeni səhifə açdığı vurğulanıb.

Nazir müavini bu illər ərzində dövlət başçılarımızın müdrik siyasəti və möhkəm iradəsi sayəsində təşəkkül tapmış dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edərək, dost ölkələrimiz və qardaş xalqlarımızın mənafeyi naminə fayda və tərəqqi gətirəcək şəkildə inkişaf edəcəyinə inam ifadə edib.

Öz növbəsində İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşeh İordaniya və Azərbaycan arasında iki qardaş xalqı birləşdirən dini, mədəni və tarixi bağlara əsaslanan sıx əlaqələrin mövcud olduğunu bildirib. Bu əlaqələrin əsasının Əlahəzrət mərhum Kral Hüseyn bin Təlal və Zati-aliləri mərhum Prezident Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb.

İkitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıran səfir iki ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət mübadiləsinin həcminin artırılması, investisiyaların qoyulması, habelə turizm sahələrində reallaşdırılmış intensiv mübadilələrdən danışıb.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və İordaniya Haşimilər Krallığı arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Son xəbərlər
ADNA-da terror aktı törədilməsindən 16 il ötür
Zelenski Qələbə paradının baş tutmama ehtimalına işarə edib
Elektrik enerjisinin kəsilməsi 5 nəfərin ölümünə səbəb olub
Putin Volqoqradda Belaruslu həmkarı ilə görüşüb
Lavrov: Yaxın Şərqdəki vəziyyətin pisləşməsi xüsusi narahatlıq doğurur
Günəşdə üç güclü partlayış baş verib
İsveçdə atışma olub
ABŞ Devid Perdunu Amerikanın Çindəki yeni səfiri vəzifəsinə təsdiq edib