Xəzər Tibb Mərkəzində bir sıra yeni müalicə və diaqnostika üsullarının tətbiqinə başlanılıb
Xəzər Tibb Mərkəzində bir sıra yeni müalicə və diaqnostika üsullarının tətbiqinə başlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev bildirib.
Mübariz Ağayevın sözlərinə görə, hazırda Fako (katarakta) əməliyyatlarının icrası üçün hazırlıq işləri aparılır:
"Göz dibi xəstəliklərinin müalicəsində istifadə olunan Avastin inyeksiyaları artıq iki aydır ki, həyata keçirilir.
Bundan əlavə, sinir sistemi xəstəliklərinin diaqnostikası üçün EMQ (elektromioqrafiya), ürək xəstəliklərinin qiymətləndirilməsi üçün tredmil testləri, sidik-damar sistemi ilə bağlı problemlərin aşkarlanması üçün isə müasir diaqnostik avadanlıqlardan istifadə olunur.
Mərkəzin gələcək planlarına KT və MRT cihazlarının alınması, həmçinin hemodializ xidmətlərinin işə salınması daxildir. Müəssisədə həmçinin LOR əməliyyatları, travmatologiya və endoprotez əməliyyatlarının həyata keçirilməsi nəzərdə tutulur.
Direktorun sözlərinə görə, mərkəzdə ən son standartlara uyğun fəaliyyət göstərən yüksək ixtisaslı laboratoriya mövcuddur. Burada biokimyəvi, ümumi və İFA müayinələri aparılır. Paralel olaraq, hemodializ xəstələrinin müalicəsi üçün xüsusi avadanlıqların tətbiqi planlaşdırılır.